NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kamal Kılıçdaroğluna Ankarada hücum etdilər – VİDEO

Oxundu: 150
Kamal Kılıçdaroğluna Ankarada hücum etdilər – VİDEO

Qəzəbli kütlə onu döymək istəyib

 

Türkiyənin ana müxalifət gücü, Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu bu gün paytaxt Ankaranın Çubuk rayonunda qatıldığı cənazə mərasimində hücuma məruz qalıb.

 

Kamal Kılıçdaroğlu dünən Hakkari vilayətində, İraqla sərhəddə PKK terror təşkilatının şəhid etdiyi 4 əsgərdən biri,  əsgər Yener Kırıkçının dəfn mərasiminə qatılıbmış.

 

Cənazə namazının qılınmasından dərhal sonra bir qrup şəxs CHP sədrinə əvvəlcə sözlə etiraz edib, daha sonra isə onu vurmağa cəhd edib.

 

Kılıçdaroğlu polis və jandarmanın köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb və dəfn mərasiminə yaxın bir evə götürülüb. Burada polis evin ətrafındakı qəzəbli kütləni dağıtmaq üçün tədbirlər görüb.

 

Ankara valililyi isə hadisə ilə bağlı cinayət işinin başlandığını və günhakar şəxslərin tapılıb cəzalandırılacağını bəyan edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system