DÜNYA

Oxundu: 42
Kaliforniyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib

Kaliforniyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Ventrura dairəsində baş verən meşə yanğını ilə bağlı olaraq fövqəladə vəziyyət elan edib.

"Bu yanğın çox təhlükəlidir və tez yayılır, amma biz onunla bütün vasitələrlə mübarizəmizi davam etdirəcəyik. Mən Kaliforniya ştatının qubernatoru C. Edmund Braun, Ventrura dairəsində fövqəladə vəziyyət elan edirəm", - qubernatorun bəyanatında deyilir.

 

İslaminSesi.info RİA-ya istinadla xəbər verir ki, yanğınla əlaqədar olaraq dairənin 38 min sakininin təxliyə olunmasına başlanıb. Artıq dairədəki 8 min evdən 27 mindən çox əhali təxliyə edilib.

 

Meşə yanğınları nəticəsində 150 tikili yanıb, azı 3 yanğınsöndürən xəsarət alıb.

 

Xatırladaq ki, güclü meşə yanğınları Kaliforniya ştatını oktyabrın əvvəllərindən əhatə edib. Bu zaman kəsiyində təhlükəsli zonalardan ştatın 100 minədək sakini təxliyə edilib. Yanğın sahəsinin amerikanın Nyu-York şəhərinin ərazisindən də böyük olduğu bildirilib. Hakimiyyət orqanları ötən həftə yanğınla mübarizədə irəliləyiş əldə etdiklərini bildiriblər və bəri rayonların əhalisi öz evlərinə qayıda biliblər. 

 

Son məlumatlara əsasən Kaliforniyadakı yanğınlar nəticəsində ümumilikdə 43 nəfər həlak olub, dəyən maddi ziyanın həcmi 3,3 milyard dolları ötüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system