NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 99
"

Kabilin İmam Zaman (ə) məscidində partlayış törədilib, 40 şəhid var

Əfqanıstan paytaxtı Kabilin qərbində yerləşən Dəşt-Pərçi adlı bölgədə İmam-Zaman məscidinə bir kamikadze tərəfindən hücum edilib.

İslaminSesi.info BBC.farsi-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat verib.

 

Bildirilib ki, bir kamikadze ötən gün camaat namazı vaxtı ilk növbədə namaz qılanlara atəş açıb və daha sonra özünü onların arasında partladıb.

 

40 nəfərin şəhid olduğu dəqiqdir. Daha 45 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.

 

Əfqanıstan mətbuatı yazır ki, terror aktını İŞİD öz üzərinə götürüb.

 

Təqribən bir ay öncə Kabilin şimalında yerləşən İmam-Zaman adlı məscid də terror aktının qurbanı olmuşdu. O zaman 28 namaz qılan şəhid olmuşdu.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system