NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Jirinovski müsəlman qaydasıyla qoç kəsdi -VİDEO

Oxundu: 585
Jirinovski müsəlman qaydasıyla qoç kəsdi -VİDEO

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İslam qaydalarına uyğun olaraq qoyun kəsib.

 

İslaminSesi Moderator.az-a istinadən  yazır ki, bu haqda “Pamir TV” xəbər yayıb. Maraqlı olay rusiyalı siyasətçinin Tacikistana səfəri zamanı baş verib. Taciklərin ənənəsinə görə, hörmətli qonağın şərəfinə qoç kəsilərək ona milli xörəklər verilməlidir. Bunu bilən Jirinovski qoyunu özü kəsmək istəyini bildirib. Bu minvalla LDPR lideri kəsilmə zamanı heyvanın ətinin halal olmaq üçün zəruri şərtləri yerinə yetirməklə və ən başlıcası, "Bismillahir Rəhmani Rəhim" (Rəhman və Rəhim Allahın adı ilə) sözlərini söyləyərək heyvanın başını kəsib.

 

Taciklər rusiyalı siyasətçiyə milli yeməkləri olan kurutobdan da daddırıblar. Daha sonra isə Rusiya parlamentinin fraksiya rəhbəri, özünün dediyinə görə, həyatında ilk dəfə üzüm yığımında da iştirak edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system