İyul ayından bəri 100.000 Suriyalı İstanbulu tərk edib

Oxundu: 67
İyul ayından bəri 100.000 Suriyalı İstanbulu tərk edib

İlul ayından indiyə kimi İstambulada icazəsiz məskunlaşan 100.000 Suriyalı şəhəri tərk edib.

 

İslaminSesi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun çərşənbə günü parlamentdə verdiyi açıqlamaya görə bölgələrdə olan suriyalılar İstambula axışır, bu da şəhərdə sıxlıq yaradır. Bu səbəbdən şəhərdə qalamq qeydiyyatı olmayan suriyalılara İstanbulu tərk etmək üçün müəyyən vaxt verilmişdi.

 

Nazir həmçinin ümumilikdə 200 min miqrantın şəhəri tərk etdiyini bildirib.

 

Həmçinin Yaxın Şərq və Afrika ölkələrindən Türkiyəyə mühaci axının da işarə edən nazir, 2018-ci il də daxil olmaqla ümumilikdə 86.625 qeyri-qanuni mühaciri deportasiya etdiyini bildirib.

 

Xatırladaq ki, Türkiyə son 8 ildə Suriyada baş verən müharibə ilə əlaqədar 3,6 milyon suriyalı qaçqını qəbul edib və bu qaçqınların da böyük qisminin İstanbula gəldiyi qeyd olunur.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system