NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İtkin düşən jurnalist Camal Kaşıkçının cəsədi tapıldı

Oxundu: 1763
İtkin düşən jurnalist Camal Kaşıkçının cəsədi tapıldı

Türkiyədə itkin düşən ərəb əsilli jurnalist Camal Kaşıkçının cəsədi tapılıb.

“İslaminSesi”Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistin cəsədi su quyusundan tapılıb. Məlumatı “Vətən” partiyasının sədri Doğu Perinçek açıqlayıb.

Cəsədin tapıldığı su quyusu Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun ərazisində yerləşir.

 

Xatırladaq ki, “Wasington Post” qəzetinin əməkdaşı olan Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bir daha ərazidən çıxmayıb. O, səfirliyə sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

 

Səudiyyə Krallığı jurnalsitin ölüm faktını yalnız 18 gün sonra təsdiqləmişdi. Hadisəyə ilə bağlı 18 nəfər saxlanılıb. Onlar arasında Səudiyyə xüsusi xidmət orqanlarının əməkdaşları da var.

 
Camal Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fərqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

/Modern.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system