İtaliyanın 120 azərbaycanlının eyni gündə öldürüldüyü kəndi

Oxundu: 119
İtaliyanın 120 azərbaycanlının eyni gündə öldürüldüyü kəndi

İtaliyanın şimalında, Milan yaxınlığında Marlo di Neze qəsəbəsində faşizmə qarşı vuruşaraq ölən 120 azərbaycanlının xatirəsini əbədiləşdirmək məqsədi ilə postament qoyulub.

İslaminSesi - “Ölkə.Az”ın əldə etdiyi xəbər görə, 1945-ci ilin martında, Berqamo şəhərinin ətrafında alman hərbi uniforması geyinmiş 4000 nəfərlik diviziya peyda olur və diviziyaya əsl adı Vilhelm Hintersaç olan islamı qəbul etmiş yaşlı avstriyalı hərbiçi Harun Rəşid komandanlıq edir.


İkinci Dünya müharibəsində faşistlərə əsir düşən azərbaycanlılar ölməmək üçün Hitlerin qaydalarını qəbul etmək zorunda qalıblar. Çünki qaydaları qəbul etməyən öldürülürdü. Ancaq qaydaları qəbul edərkən yaşamaq ümidi var idi. Yəni, əsirlərdən çoxu ilk imkan düşən kimi qaçmağa ümid bəsləyirdi. Digər tərəfdən isə Hitler bəyan edirdi ki, müharibədən sonra SSRİ-nin tərkibindəki respublikalar müstəqil olacaqlar. Odur ki, əsir düşənlər bu ümidlə yaşayırdılar.


Ancaq Harun Rəşidin legioner qoşunu İtaliyaya gəldikdən sorna onların bir çoxu, o cümlədən azərbaycanlılardan ibarət batalyon partizanlarla əlaqəyə girərək, onlara qoşulmaq istəyiblər. Azərbaycanlı legionerlər İtaliya Müavimət Hərəkatının Triyest, Berqamo, Modena və Milan şəhərləri yaxınlığındakı üzvlərinə qoşularaq, bu ərazilərdə fəaliyyət göstərir, faşist qüvvələrə qarşı vuruşurlar.


Legionerlərdən ibarət 314-cü alaydan 3-cü batalyonun komandiri Məmmədov, Triyest yaxınlığında Kontevolloda yerləşmiş 3-cü rotanın şəxsi heyəti ilə birlikdə italyan partizanları tərəfində keçməyi planlaşdırır. Ancaq bu xəbər alman komandanlığına çatdırılır. Bunun qarşısını almaq üçün Məmmədovun komandiri olduğu batalyonun mühasirəyə alınması barədə əmr verilir. Mühasirədən qaçan 120 azərbaycanlı Monte di Neze kəndi yaxınlığında tələyə düşürlər və onların hamısı orada qətlə yetirilir. Belə ki, səhər tezdən, hələ yuxuda olan azərbaycanlılara alman və italyan faşistlərindən ibarət dəstə hücum edir. Azərbaycanlıların əksəriyyəti elə yuxuda ikən öldürülür, sağ qalanları isə sonradan pulemyot atəşinə tutulur.


Bu qətliam yerli sakinlərin xatirələrində böyük miqyaslı faciə kimi yer alıb. Bu, müharibə müddətində İtaliya ərazisində törədilmiş ən kütləvi qətl kimi tarixə düşür. Səhər tezdən, hələ yuxuda olan azərbaycanlılara alman və italyan faşistlərindən ibarət dəstə hücum edir. Azərbaycanlıların əksəriyyəti elə yuxuda ikən öldürülür, sağ qalanları isə sonradan pulemyot atəşinə tutulur...


Yerli sakin don Severino Vitale öz xatirələrində yazır: “12 aprel 1945-ci ildə bütün kənd əhalisi ümidlə “rus monqollarını” (azərbaycanlıları-red) gözləyirdi. Onlar almanlardan qaçaraq, faşizm əleyhinə vuruşmaq üçün partizanlara qoşulacaqdılar. Səhər tezdən qaçan legionerlərə italyan və alman faşistlərindən ibarət bir qrup hücum edir, kütləvi qırğın törədilir. Həlak olanların Monte di Nezedə dəfni ilə yerli sakin Covanni Gerardi məşğul olur. O, böyük bir qardaşlıq məzarlığı salır. Xatirə kompleksində yazılır: “Faşistlərin əlindən ölən 120 monqolun xatirəsinə” (“A ricordo di 120 mongoli caduti per mano fascista “).


Qeyd edək ki, italyanlar etnik mənşələrini bilmədiklərindən azərbaycanlıları “rus monqolları” adlandırırdılar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system