NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İt dişləyən uşağın atası FƏRYAD ETDİ: “Həkimlər 40 gün vaxt qoyublar”

Oxundu: 312
İt dişləyən uşağın atası FƏRYAD ETDİ: “Həkimlər 40 gün vaxt qoyublar”

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin dişlədiyi 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun atası Qismət Məmişov övladının həyatından narahatdır.

Bu barədə  danışan Q.Məmişov bildirib ki, həkimlər həyati təhlükənin sovuşması üçün 40 gün gözləməli olduqlarını deyib:


“Hazırda uşaq yaxşıdır, vəziyyəti stabildir. Amma həkim övladımın sabah da yaxşı olacağına təminat vermir. Heç kim qərar vermir ki, uşaq sağala bilər, yaxud quduzlaşma olar. Mən həkimləri də qınamıram. Müalicəni, iynə-dərmanlarını edirlər, ümid Allahadır”.

 

Q.Məmişov küçə itlərilə bağlı müvafiq qurumlara çağırış edib:

 

“Bir valideyn kimi tələb edirəm bu itlərlə bağlı tədbir görsünlər, onların qarşısını alsınlar. Vətəndaşlar küçələrdəki itlərin əlindən rahat şəkildə gəzə bilmir, özünüz də şahid olursunuz. İndi mən avtomatı götürüb o itləri vursam, deyəcəklər Azərbaycanda terrorçu peyda olub. Məni terrorçu elan edəcəklər. Şəhərin mərkəzi, Bulvar küçə itlərilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir. Bunların qarşısını almaq lazımdır. Uşaqlarımız yazıqdır, mən neçə gündür ürək ağrısı tapmışam”.

 

Rəsmilərdən lazımi kömək göstərildiyini deyən ata, sadəcə övladının sağalmasını istədiyini vurğulayıb:

 

“Hüseyndən başqa iki məktəbli övladım da var. Anası uşağı məktəbdən gətirib evdə mətbəxə keçəndə Hüseyn həyətdə olub. İt çəpərdən tullanıb uşağın yanağından dişləyib, yerlə sürüyüb. Mən hasarımı tikmək istəyəndə biri dedi İcra Hakimiyyətinin ərazisidir, biri dedi bələdiyyənin əarzisidir, biri dedi neftin ərazisidir. İmkan versəydilər ki hasarımı tikəm, övladım da belə olmazdı. Vaxtında neftin ərazisində ev tikməyə qoymazdılar, mən də gedib kəndimdə şor-çörəyimi yeyərdim”.modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system