NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsveçli keşişin müsəlmanlar haqda yazdığı məqalə sosial mediada gündəm olub

Oxundu: 2985
İsveçli keşişin müsəlmanlar haqda yazdığı məqalə sosial mediada gündəm olub

İsveç kilsə birliyinin sol bölgə rəhbəri Stefan Lindquist sosial mediada gündəm olub.

İslaminSesi bildirir ki, Stefan Lindquistin yazdığı "Müsəlmanlar nə qədər təhlükəlidir" adlı məqalədə belə yazıb: "Bir müsəlman mənə təzə yumurta gətirdi. Biri halımı soruşdu. Digəri isə maşınım təmirdə olanda məni istədiyim yerə aparmağı təklif etdi. Pulu olmayan dostunun evinə daim yemək aparan müsəlman tanıyıram. Müsəlmanlar həqiqətən nə qədər qorxunc və təhlükəlidirlər"

 

Məqaləsində isveçlilərlə müsəlmanları müqayisə edən Stefan Lindquist: "Bir isveçlinin pul almadan birinə yumurta verəcəyinə qətiyyın inanmıram. Hansı isveçli pulu olmayan dostunun evinə həftələrlə yemək aparar? Müsəlmanlar həqiqətən çox qorxuncdular". 

 

 

Daha sonra Lindquist məqaləsinə belə davam edir: "Bilmirəm, amma artıq biz isveçlilər gözlərimizi açıb həqiqətləri görməliyik. Çox alicənab və comərt müsəlman dostlarımın olduğunu fərq etdim. Əksıriyyətinin bir isveçlidə görmədiyim qədər gözəl qəlbləri var. Heç birində nifrət hiss etmədim. Fikrimcə insanlarla davranmağımız çox əhəmiyyətlidir. İnsanları qəbul edib, həyatınıza daxil etsəəniz əvəzində sevgi görərsiniz. Halbuki biz gündə bir neçə dəqiqə ruporla azan verilməsini belə bu insanlara çox görürük".

 

Məqalə sosial mediada səs-küy yaradandan sonra Aftonbaldet qəzetinə müsahibə verən Lindquist bildirib: "Müsəlmanların əksəriyyətində olan insan sevgisini və mərhəməti isveçlilərə göstərmək istədim. Fikrimcə müsəlmanlara qarşı yersiz və lazımsıəz qorxu hiss edirik". 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system