NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsveçdən Qərb ölkələrinə çağırış: Fələstini tanıyın

Oxundu: 413
İsveçdən Qərb ölkələrinə çağırış: Fələstini tanıyın

İsveçdən Qərb ölkələrinə çağırış: Fələstini tanıyın

 

İslaminSesi-nin Eastnews.org-a istinadən verdiyi xəbərə görə, İsveçin xarici işlər naziri Merqot Ualstrom Qərb ölkələrindən Fələstin xalqının müstəqil dövlət qurma haqqını tanımaqlarını istəyib.  

 

Merqot Ualstrom verdiyi müsahibədə Yəmən müharibəsini sona çatdırmaq üçün yeni bir plan hazırladıqlarını və bu müharibə ilə bağlı mövqelərini mövzu ilə əlaqədar müxtəlif həmkarlarla bölüşdüklərini bildirib.  

 

Nazir Ualstrom Yəməndə hər gün uşaqların qətlə yetirilməsinin qarşısını almaq və Yəmən xalqının daha çox əzab çəkməsini dayandırmalı olduğunu vurğulayıb.  

 

BƏƏ, Səudiyyə Ərəbistanı, Oman və İordaniyanı əhatə edən region turuna çıxan isveçli XİN rəhbəri Yəmən böhranına daxil olan bütün ölkələrlə məşvərət etməyi ümid etdiklərini deyib.   Fələstin böhranına da toxunan xanım nazir ölkəsinin Fələstin dövlətini tanıdığını, Qərb ölkələrindən də Fələstini tanımalarını istədiklərini bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system