İsveçdə xristian müəllimələr də məktəbə hicabla gəldi... - FOTO+VİDEO

Oxundu: 1089
İsveçdə xristian müəllimələr də məktəbə hicabla gəldi... - FOTO+VİDEO

İsveçdə məktəbəqədər və ibtidai məktəblərdə hicaba qadağa tətbiq edən şəhərlərdən birinin rəhbərliyinin qərarından qeyri-müsəlman müəllimlər də hiddətləniblər.

İslaminSesi xarici İslam saytlarına istinadla xəbər verir ki, bəhs edilən qadağadan sonra xristian inancına mənsub olan 6 müəllimə məktəbə müsəlman baş örtüyündə gəlib. İsveçli pedaqoqlar bu yolla hicabda məktəbə getmələri qadağan edilən müsəlman ailələrin qızlarına dəstək olmaq qərarına gəliblər. 

 

“Müsəlman şagird qızlar bizi başı örtüklü görəndə elə sevindilər ki... Onlar bizim dəstəyimizi hiss etdilər”- deyə Marit adlı xristian müəllimə bildirib.


Məktəblərdən birinin rəhbərliyi də etirazçı müəllimləri dəstəkləyib və təhsil müəssisəsində hicaba qadağanı tətbiq etməkdən imtina edib.


"İstər mən, istərsə də həmkarlarım bu cür qərarların qüvvəyə minməsinə yol verməyəcəyik"- deyə məktəb direktoru Mattias Lidxolm bildirib./Moderator.az/

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system