NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsveç məhkəməsi Assanjı həbs etmədi

Oxundu: 308
İsveç məhkəməsi Assanjı həbs etmədi

İsveçin Uppsala dairə məhkəməsi cinsi zorakılıqda ittiham edilən “WikiLeaks”in qurucusu Culian Assanjın həbsindən imtina edib.

 

"İslaminSesi" “Qafqazinfo”-ya istinadən xəbər verir ki,  “RİA Novosti”nin məlumatına görə məhkəmə Assanj barədə həbs qərarının çıxarılması üçün tədqiqatların davam etdirilməli olduğunu bildirib. 

 

Qeyd edək ki, Assanj “WikiLeaks”də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib. Bundan sonra İsveç prokurorluğu Assanj işi ilə bağlı istintaqı yeniləyib və tədqiqatlara başlayıb. ABŞ hökuməti isə ona qarşı casusluq və gizli informasiyanın yayılması maddələri üzrə ittihamlar qaldırıb. Hazırda Assanjı 175 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Bundan başqa, jurnalistin ABŞ-a ekstradisiyası məsələsi də gündəmdədir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system