NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İstirahət günlərinin havası AÇIQLANDI

Oxundu: 189
İstirahət günlərinin havası AÇIQLANDI

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

İslaminSesi bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

 

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system