NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 245
İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət günlərində səyahətə çıxmaq istəyənlər üçün hava proqnozu açıqlanıb.

 

İslaminSesinin APA-ya istinadən  xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırır ki, günün əksər saatlarında hava şəraiti yağmursuz keçsə də, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 30-35 dərəcə, dağlıq rayonlarda isə 21-26 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında hava şəraiti isti, günəşli olacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraiti günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system