İstilik tarifləri də qaldırılacaq?

Oxundu: 82
İstilik tarifləri də qaldırılacaq?

"Azəriqaz" İstehsalat Birliyi ilə "Azəristiliktəchizat" ASC arasında illərdir davam edən borc qalmaqalının əziyyəti bu il yenə vətəndaşların üzərinə düşdü.

 

Hələ bir neçə gün əvvəl "Azəristiliktəchizat" ASC-nin rəsmiləri Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuata "bu iki dövlət qurumunun məsləsidir, çalışacağıq ki, vətəndaşlar bundan əziyyət çəkməsin" açıqlamasını versə də, reallıq bunun baş altına yastıq qoymaqdan başqa bir şey olmadığını göstərdi. Noyabrın 15-də "Paytaxta istilik verildi" rəsmi açıqlaması da buz kimi boruları isitmədi.

 

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov mətbuata bildirib ki, noyabrın 1-nə “Azəristiliktəchizat”ın "Azəriqaz"a 29 milyon manatdan artıq borcu var. Rəsmi müraciətdən sonra isə noyabrın 16-da “Azəriqaz” İstehsalat Birliyi bütün qazanxanalara qaz verilişini təmin etdi.

 

Maraqlıdır, bəs 29 milyon manatlıq borc necə yaranıb?

 

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, bütün qazanxalar tam gücü ilə işləyir.

 

29 milyon manatlıq borcun necə yaranmasına gəlincə, R.Əliyev qeyd edib ki, istilik tarifləri maya dəyərindən aşağı olduğundan istilik haqları tam yığılsa belə, qurumun qaza olan borcunu tam ödəmək mümkün deyil:

 

“Qaz, su, elektrik tarifləri bahalaşsa da, istilik tarifləri dəyişməz olaraq qalıb. Ümumilikdə “Azəristliktəchizat” ASC istilik tariflərinə baxılması üçün Tarif Şurasına müraciət etmir. Biz dövri olaraq Tarif Şurasına hesabatları təqdim edirik, tariflərlə bağlı qərarı onlar özləri verirlər”.

 

Qeyd edək ki, hazırda əhali qrupu üçün istilik tarifləri 1 kvadratmetr yaşayış sahəsi 0,15 manat (aylıq), qeyri-əhali üçün 1 kubmetr isidilən həcm 0,25  manatdır (aylıq).

 

Sıra №-si

Xidmətlərin növü

İstehlakçı qrupları

Ölçü vahidi

Tariflər

(ƏDV ilə, manatla)

I

Mərkəzi isitmə

1. Əhali üzrə

1 m2 yaşayış sahəsi

0,15 (aylıq)

2. Qeyri-əhali üzrə

1 m3 isidilən həcm

0,25 (aylıq)

1 Qkal

30,0

 

 

 

 

 

   

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system