NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İstilər normadan 3-4 dərəcə yüksəkdir - AÇIQLAMA

Oxundu: 137
İstilər normadan 3-4 dərəcə yüksəkdir - AÇIQLAMA

Ölkəmizə yay fəsli daxil olandan havaların temperaturu da yüksəlib. Son bir neçə gündə ölkə ərazisində temepratur xeyli artıb. Maraqlıdır, havaların bu cür isti keçməsi iyun ayı üçün normaldırmı?

 

İslaminSesi bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun  direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Modern.az-a açıqlamasında mövzu barədə danışıb.

 

“Havaların  bu dərəcədə isti keçməsi normadan artıqdır. Belə ki, 1961-1990-cı illərə aid olan  və beynəlxalq aləmdə qəbul olunmuş normativ rəqəmdən təqribən 3-4 dərəcə yüksəkdir. Tempratur bir az yüksək müşahidə edilir. Güman  ki, bu qaydada bir neçə  neçə gün də davam edəcək. İyul və avqust aylarında da normadan 3-4 dərəcə yüksəlməklə eyni qaydada davam edəcək”.

 

Məhərrəm Həsənovun həmçinin  Azərbaycanda ən isti və sərin bölgələr barədə də danışıb:

 

“Ən isti bölgə  dedikdə mütləq maksimum temperatur nəzərdə tutulur ki, bu da 2000-ci ildə iyun ayında Naxçıvanda müsbət 46 dərəcə müşahidə olunub. O vaxta qədər isə müsbət 44 dərəcə Culfada müşahidə edilmişdi”.

 

Azərbaycanın ən sərin bölgələrindən danışarkən  Məhərrəm Həsənov konkret bölgə adı çəkməkdə çətinlik çəkdiyini bildirib:

 

“Ümumiyyətlə dağlıq rayonlarımızın hamısı sərindir.  Sadəcə sərin rayonlarımızın bir neçəsinin adını sadalaya bilərik ki, buraya Qusar, Kəlbəcər, Gədəbəy, Zaqatala, İsmayıllı rayonunun dağlıq hissələri və s. aid edilir. Ən isti bölgələrimizə Kürdəmir, qeyd etdiyim kimi Naxçıvan, Culfanı göstərə bilərik, amma ən sərin bölgəmizi konkret olaraq bildirmək çətindir”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system