HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 48
İsti hava meteohəssas insanlarda narahatlıq yaradacaq

İsti hava meteohəssas insanlarda narahatlıq yaradacaq

İyulun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

 

Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

İslaminSəsi  APA-ya istinadən verdiyi  məlumata görə, havanın temperaturunun gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 19-21° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 757  mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz  45-50%  olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,

Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,

Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında hava  əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 19-24° isti, gündüz  32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz  20-25° isti olacağı gözlənilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system