NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 136
İsti  hava davam edəcək

İsti hava davam edəcək

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

İslamınSəsi  APA-ya  istinadən  verilən məlumata görə, havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu  təşkil edəcək.

 

Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq. 

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında hava  əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system