NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İstəyirəm iranlılar mənə zəng vursunlar danışaq - Tramp

Oxundu: 538
İstəyirəm iranlılar mənə zəng vursunlar danışaq - Tramp

“İranla bağlı nəyin baş verməsini istəyirəm bilirsinizmi?! İstəyirəm onlar mənimlə əlaqə saxlasınlar və mən onlarla müzakirəyə hazıram. Onlar böyük iqtisadi imkanlar əldə edə bilərlər.”

 

"İslaminSesi" CNN.Arabic-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

 

Ötən gün jurnalistlərin İran və regionla bağlı suallarını cavablandıran ABŞ prezidenti bildirib ki, iranlıların məhz ona zəng vurmasını və bu yolla müzakirənin baş tutmasını istəyir.

D.Tramp bildirib ki, iranlılar Con Kerri ilə əlaqə saxlamamalı yalnız ona zəng vurmalıdırlar.

 

“İstəyirəm iranlılar mənə zəng etsinlər. Amma Con Kerri onlarla çoxlu söhbət edərək deyir ki, mənə zəng etməsinlər. Bu Loqan aktını pozmaqdır. O buna görə məsuliyyətə cəlb edilməlidir. Amma bizimkilər bu işi görmək istəmirlər. Belə addımları yalnız demokratlar atırlar.” deyə ABŞ prezidenti iranlıları yalnız onunla əlaqə saxlamağa çağırıb.

 

ABŞ prezidenti həmçinin bildirib ki, "nüvə sazişindən çıxdıqdan və sanksiyaları tətbiq etdikdən sonra İranın vəziyyəti çox pisləşib və onlar danışıqlara getmək və yeni anlaşma üzərində müzakirə aparmaq üçün məcbur olacaqlar."

 

Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxması və Avropa dövlətlərinin öhdəliklərinə əməl etməməsindən sonra İran sazişin iki bəndinin icrasını dayandırıb və qarşı tərəfə 60 gün möhlət verib.SalamNews

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system