NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 235
İstehsalatda baş verən bədbəxt hadisələrin səbəbləri

İstehsalatda baş verən bədbəxt hadisələrin səbəbləri

Ötən il istehsalatla əlaqəli sayılan 151 bədbəxt hadisənin təhqiqatı aparılıb. Onlardan 11 hadisə qrup halında baş verib. Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, baş vermiş hadisələr nəticəsində 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hesabatda qeyd edilib ki, iqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikintidə (24%), emal sənayesində (17,5%), nəqliyyatda (12,5%), mədənçıxarmada (14%), energetikada (5%) və digər sahələrdə (27%) baş verməsi müəyyən edilib. 

Tikinti sektorunda 36 bədbəxt hadisə baş verib (onlardan qrup halında 1 hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 17 nəfər, xəsarət alanların sayı isə 24 nəfər olub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev  bildirib ki, istehsalatda bədbəxt hadisələrlə bağlı aparılan təhlillər belə hadisələrin əsasən iş yerlərində əməyin mühafizəsi üzrə norma və qaydaların yerinə yetirilməməsi nəticəsində baş verdiyini göstərir. 



"Əmək Məcəlləsinə əsasən, təşkilati-hüquqi formasından asılı olmayaraq. bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin, onların kollektiv və fərdi mühafizə vasitələri ilə təmin edilməsinə cavabdehlik işəgötürənin üzərinə düşür. Bununla bağlı işəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri müəyyən olunub. Eyni zamanda, qanunvericilik müəsisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçilərin vəzifələrini müəyyən edib. Yəni onların əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, fərdi mühafizə vasitələrindən istifadə etmək və s. kimi vəzifələri var". 

E.Babayev qeyd edib ki, istehsalatda bədbəxt hadisələrin səbəbləri sırasında həmin hadisələrin baş verdiyi iş yerlərində işəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmaması ilə yanaşı, eyni zamanda işçilərin bir sıra hallarda ehtiyatsızlığa yol vermələrini, əməyin mühafizəsi ilə bağlı onlara aid tələbləri yerinə yetirməmələrini, onlara verilmiş fərdi mühafizə vasitələrindən istifadə etməmələrini və ya düzgün istifadə etməmələrini qeyd etmək olar: 

"İş yerlərində əməyin mühafizəsi ilə bağlı monitorinqlərin aparılmasına gəldikdə isə, diqqətinizə çatdırırıq ki, 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yoxlamaların həyata keçirilməsi dayandırılıb. Xidmət tərəfindən yalnız vətəndaşların müraciətləri əsasında aidiyyəti üzrə araşdırma aparılır və nəticəsinə uyğun olaraq qanunvericilik əsasında tədbirlər görülür. Belə müraciətlər isə çox nadir hallarda daxil olur. İstehsalatla əlaqəli bədbəxt hadisələr baş verdikdə daxil olmuş məlumat əsasında Xidmət tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatı işləri həyata kkeçirilir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system