HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 692
İstanbulda camaat namazı qılınan çadır insanların üstünə aşıb - ölü və yaralılar var

İstanbulda camaat namazı qılınan çadır insanların üstünə aşıb - ölü və yaralılar var

İslaminsesi-nin Türkiyə mediasına istinadla verdiyi məlumata görə, Türkiyə məscidlərindən birində cənazə namazının qılındığı çadır insanların üstünə aşıb. Hadisə nəticəsində aşmış çadırın altında qalan insanlardan biri dünyasını dəyişib, 40 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

İstanbul İcra Hakimiyyətindən dünən günorta saatlarında Kısım Məscidinin həyətində yerləşən çadırın aşmasının səbəbinin çadırın üzərində yağaraq yığılan qarın ağırlığının olduğu açıqlanıb.


Cenazə namazında iştirak edən vətəndaşlardan biri məscidin ərazisindəki bütün çadırların üstünün ən azı 1,5 metr qarla örtülü olduğunu və çadırın tavanının 2 metrə qədər aşağı əyildiyini bildirib:


"Cənazə namazına qədər çadıra heç kimi buraxmadılar. Biz də buraxılmasını gözləmirdik. Daha sonra camaat bilə-bilə buraxıldı. Bu faciənin səbəbkarı məscid rəhbərliyidir. Lazım olanlar edilməlidir. İstanbulun mərkəzində bu qətliama icazə verildi. Bunların aşacağı məlum idi"

 



Картинки по запросу Camide Tente Çatı Çöktü: 1 Ölü 40 Yaralı

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system