İstanbulda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub- Bu tarixədək

Oxundu: 101
İstanbulda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub- Bu tarixədək

İstanbulda martın 10-a kimi bütün kütləvi tədbirlərin, o cümlədən mitinq və nümayişlərin keçirilməsinə qadağa qoyulub.

Azərtac İstanbul Valiliyinə istinadla xəbər verir ki, hər növ mitinq, yürüş, mətbuat açıqlamaları, imza kampaniyaları, stend, şəhərdə broşür paylama və sairə bu kimi tədbirlər də daxil olmaqla bütün kütləvi tədbirlərə müvəqqəti qadağa qoyulub.

Bu məhdudlaşdırma tədbiri son zamanlar baş verən hadisələrlə bağlı şifahi və fiziki təxribat hadisələrinin ola biləcəyini nəzərə alaraq, ictimai asayişin qorunması məqsədilə tətbiq edilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system