NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 265
İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb

İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb

Bu gün Danimarkanın Kopenhaqen limanından Qəzzanı İsrailin mühasirəsindən çıxarmaq məqsədilə bir gəmi flotu yola düşüb.

İslaminSesi.info Fələstin mətbuatına istinadla xəbər verir ki, İsrailin Qəzzaya tətbiq etdiyi mühasirəni sındırmaq məqsədi daşıyan gəmi flotu və onun Qəzza səfəri “Azad Beynəlxalq Flot Koalisiyası” tərəfindən təşkil edilib.

 

Danimarka paytaxtı limanından bu gün yola düşən bu flot iki aya Qəzzaya çatmalıdır.

 

Avropa gəmi flotu “Həqiqət Fələstin məsələsinin ədalətli həllindədir” devizi ilə iki ay səfər boyu müxtəlif proqramlar həyata keçirəcək. Atlantik okeanından Aralıq dənizinə daxil olan flot bir sıra Avropa dövlətlərinin limanında duraraq, Fələstin məsələsinin ədalətli həllinə çağırışlar edəcək.

 

Bu flotda Amerika, Kanada, CAR, İsveç, Fransa, Türkiyə, İspaniya, İtaliya, Norveç və sair ölkələrin  fəalları, alimləri və akademikləri var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system