NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 218
İsrailin F-16 qırıcısı Suriya Ordusunun bu raketi ilə vurulub

İsrailin F-16 qırıcısı Suriya Ordusunun bu raketi ilə vurulub

İsrail mütəxəssisləri bildirib ki, ötən həftənin şənbə günü F-16 qırıcısı Suriya Ordusunun havadan müdafiə Qüvvələrinin S-200 raketləri ilə düşürülüb.

İslaminSesi.info bu barədə Sputnik-ə istinadla xəbər verir.

 

İsrail mütəxəssisləri bildiriblər ki, bu raket NATO hərbi terminologiyası ilə SA-5 Gammon kimi tanınır.

 

Qeyd edək ki, İsrail təyyarələri son ildə Suriya səmasına girməkdə ehtiyatlanır və endirmək istədiyi hava və raket zərbələrini də Livandan ya da Fələstinin işğal edilmiş ərazilərindən endirir.

 

Son ildə bu artıq neçənci dəfədir ki Suriya Havadan Müdafiə Qüvvələri İsrail raketlərini və təyyarələrinin ölkə səmasındakı uçuşlarını zərərsizləşdirə bilir. Suriya HMQ-i İsrail təyyarələrinə verdiyi son cavabların birində “Buk-M2” özüyeriyən zenit raket kompleksindən istifadə edib. Bu sistem İsrail tərəfini narahat edən və onların manevrlərini kəskin dərəcədə məhdudlaşdıran bir sistemdir. Son illərdə bu kimi havadan müdafiə sistemlərinin Suriyaya verilməsi İsraili bu ölkənin ərazisi daxilində uçmasına ciddi maneələr yaradıb.

 

Suriya HMQ-i “Buk-M2”-dan əlavə “Pantsir”, “Gammon S-200”, “Tor-M1”, “9K33-Osa”, “S-125 Neva Peçora” kimi havadan müdafiə sistemlərinə malikdir. Suriyada mövcud olan "S-300" və "S-400" lər isə birbaşa rusların nəzarətindədir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system