NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İsraildən beynəlxalq hüquqa böyük zərbə

Oxundu: 807
İsraildən beynəlxalq hüquqa böyük zərbə

Mütəllim Rəhimli: “İsrailin düşüncəli insanları anlamalıdırlar ki, onların rəsmi şəxslərinin belə çağırışları və aqressor kimi davranışları gələcəkdə bu ölkənin öz əleyhinə işləyəcək”

 

İşğalçı İsrail rejiminin İnşaat və Mənzil Nazirliyi bir qədər əvvəl bəyan ermişdi  ki, yaxın gələcəkdə İordan çayının qərb sahili və Qüdsdə qanunsuz salınmış yəhudi yaşayış qəsəbələrində yüzlərlə bina satışa çıxarılacaq. Qeyd edək ki,  dünyanın gözü önündə qanunsuz əməllərinə davam edən rejimə yeni inşaat planları barədə bundan əvvəl  də yaşıl işıq yandırılıb. İsrailin Milli Təhsil naziri Naftali Bennett bildirib ki, ABŞ-ın da Yahuda və Samara torpaqlarının işğal edilmədiyini təsdiqləməsindən sonra gözləməyə hər hansı bir səbəb qalmayıb. Colan bölgəsini ilhaq etməyin vaxtı çatıb. Bennett həmçinin  qeyd edib ki, ABŞ-ın qərarı Qərbi Şəriyənin 60 faizinin ələ keçirilməsinə şərait yaradıb. Xatırladaq ki,  ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Təl-Əviv yeni torpaqlar əldə etmək üçün fəaliyyətini artırıb.

 

Maraqlıdır, İsrailin Fələstin ərazilərinə yeni iddialarına ABŞ-ın Qüdsü paytaxtı kimi tanımasının təsirləri varmı? Ümumiyyətlə İsrail rəsmisinin işğala açıq çağırışını necə dəyərləndirmək olar?

 

"İslamınSəsi"saytının suallarına aydınlıq gətirən politoloq Mütəllim Rəhimli qeyd etdi ki, İsrailin regionda işğalçılıq siyasətini getdikcə genişləndirməsi onun beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq cəzalandırılmamasından qaynaqlanır: "Bu dövlət BMT-nin qətnaməsi ilə sərhədləri müəyyənləşdirilmiş başqa bir ölkənin - Fələstinin ərazilərini zəbt edib. Lakin bütün beynəlxalq qurumlar, o cümlədən BMT bu məsələyə loyal yanaşmaqda və sanki belə bir qeyri-qanuni əməli görməməkdədir. Cəzasızlıq İsraili davamlı olaraq ruhlandırır. Üstəlik, bəzi ikili mövqe sərgiləyən dövlətlər tərəfindən İsrailin hərəkətlərinə bəraət qazandırılmağa çalışılır. Xüsusilə, ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması kimi heç bir hüquqa sığmayan qərarı demokratiya, insan hüquqları və beynəlxalq  hüquqa böyük zərbədir. Bu açıqdan-açığa ikili siyasətdir, müsəlmanlara nifrətin təcəssümüdür. Axı beynəlxalq hüquqi sistem ABŞ-a belə bir haqqı verməyib. Bu, olduqca pis bir presedentin əsasını qoyacaq. Bundan başqa Yaxın Şərqdə nizama salınması mümkün olmayan qanlı toqquşmalara, qırğınlara, destabilliyə can verəcək”.

 

M.Rəhimli dedi ki, İsrailin Milli Təhsil naziri Naftali Bennettin ABŞ-ın qanunsuz dəstəyinə istinadən yeni torpaqların işğalına çağırışları dünya üçün təhlükədir: “Ancaq İsrailin düşüncəli insanları anlamalıdırlar ki, onların rəsmi şəxslərinin belə çağırışları və aqressor kimi davranışları gələcəkdə bu ölkənin öz əleyhinə işləyəcək. O zaman İsrailin bir dövlət kimi qalıb-qalmaması məsələsi müzakirə predmeti ola bilər. Ona görə də İsrail rəsmiləri qonşularla münasibəti kiməsə görə deyil, qarşılıqlı hörmət və ehtiram əsasında qurmalıdır".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system