NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsrail Suriyanın əl-Quseyr hava limanına təcavüz edib – Havadan müdafiə cavab verib

Oxundu: 312
İsrail Suriyanın əl-Quseyr hava limanına təcavüz edib – Havadan müdafiə cavab verib

Suriya rəsmi mənbələri Livan hava məkanından Homs əyalətində yerləşən əl-Quseyr hava limanının düşmən tərəfindən hava zərbələri ilə hədəfə alındığını bildirib.

İslaminSesi.info SANA-a istinadla xəbər verir ki, əl-Quseyr hava limanının hədəfə alınmasına ölkənin havadan müdafiə raketləri cavab verib.

 

Mənbə bildirib ki, düşmən tərəfi hədəfinə çata bilməyib.

 

Amma Sputnik-in verdiyi məlumata görə, hava limanında yanğın baş verib və canlı itki olmayıb.

 

Hava zərbələrinin İsrail tərəfidindən həyata keçirildiyi ehtimal edilir.

 

İsrail bundan öncə bildirmişdi ki, onlar ilk dəfə olaraq F-35 təyyarələri ilə Suriyada hava zərbələri endiriblər. İsrail tərəfi bildirmişdi ki, Yaxın Şərqdə bu təyyarələri ilk dəfə olaraq onlar işlədib.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system