NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 8602
İsrail rejimi təlaşda:

İsrail rejimi təlaşda: "İsraili və Səudiyyəni eyni düşmən- Qasim Süleymani birləşdirir"

İsrail Iranla Səudiyyə arasındakı ziddiyətlərin kəskinləşməsini həyəcanla izləyir.

İslaminSesi BBC-ə istinadən bildirir ki, bu zidiyyətləri izləyən İsrail rejimi açıqlama verib: "Yenə kimlərsə Yaxın Şərqdə İsrailə hücum etmək cəhdlərini reallaşdırmaq istəyir. Xüsusilə xəbərdarlıq edirəm: Bizim cavabımız amansız olacaq. Kiməsə bizim möhkəmliyimizi sınaqdan keçirməyi məsləhət görmürük." Bu açıqlamanı hökumətin həftəlik iclasında baş nazir Benyamin Netanyahu edib. 

 

Netanyahunun bu sözləri ilk növbədə Fələstinin "İslami Cihad" adlanan təşkilatına ünvanlanıb. Qeyd edək ki, 30 oktaybrda yeraltı tunellərdə aparılan əməliyyatlar nəticəsində 12 döyüşçü rejim tərəfindən qətlə yetitrilib. İsrail rejimi onları Fələstinə qaytarmaqdan imtina edir. 12 nəfərin əvəzində 2014-cü ilin yayında öldürülmüş iki hərbçinin cəsədini tələb edirlər. Təşkilat öldürülən 12 döyüşçüsünün qisasının alınacağını vəd etsə də, hələki iki həftədi heç bir cavab əməliyyatı keçirilməyib. Bu da İsraildə bir çox ekspertlərin son hadisələrlə bunu əlaqələndirməsinə səbəb olub. Onlar ümumi birlikdən (İran, Fələstin və Hizbullah təşkilatının) həddindən artıq çəkinirlər. 

 

Elə bu fonda general-mayor Rotşild də müsahibə verib. O bildirib ki, onların marağı Səudiyyə ilə üst-üstə düşür. Rotşild vurğulayıb ki, yəhudi dövlətinin maraqları (İran düşmənçiliyi xətti ilə) Səudiyyə ilə tam uzlaşır. 

 

Başqa bir nüans isə İsrailin qəfil öz mövqeyini açıqlaması olub. Adətən regional məsələlərdə İsrail rejimi ehtiyat mövqeydə gözləyərdi, lakin Həririnin istefasına o an reaksiya gəldi: "Livanın baş naziri Həririnin istefası bir daha göstərir ki, İran müdaxiləsinə qarşı tədbirlər görülməlidir." Benyamin Netanyahu bu açıqlamanı təlaşla etdi. Bu açıqlamadan iki sutka sonra isə İsrailin Onuncu kanalı xaricdə işləyən İsrail diplomatlarına verilmiş qeyri-adi təlimatdan bəhs etdi. Bu təlimata əsasən Səudiyyəyə bütün diplomatik vasitələrlə dəstək verilməsi tapşırılıb. 

 

"Səudiyyə Ərəbistanı çox gözəl anlayır ki, bölgədə "iranlaşma" sürətlə gedir. Bu prossesin bu şəkildə getməsi elə krallığın özü üçün ağır nəticələr verə bilər" -Bunu Təl-Əviv universitetinin professoru Uzi Rabi söyləyib. Həmçinin o Qasim Süleymaninin də mövqeyinə toxunub: "Onlar üçün Qasim Süleymani necə düşməndirsə, İsrail üçün də bu belədir və onlar radikal ölçülər götürməyə hazırdılar. İsrail oturub gözləməməlidir ki, onu bu sünni şiə davasına sürüyüb salsınlar. Əksinə, özü təşəbbüskar olaraq hadisələri milli  maraqlarına görə idarə etməlidir.  Biz öz qırmızı xəttimizi də onlara xatırlatmalıyıq."

 

Bu qırmızı xətt məsələsi Benyamin Netanyahunun Soçidə Putinlə görüşü zamanı da qaldırılmışdır. İstisna deyil ki, bu görüşlərdə mütləq Qasim Süleymani müzakirə olunub. İsraildə Qasim Süleymani İranın Suriyadakı əməliyyatlarının beyni kimi qəbul edilir. 

 

 ABŞ-a etdiyi işçi səfəri zamanı İsrailin nəqliyyat və kəşfiyyat naziri Kaç belə bir açıqlama verib: "Livandakı hadisələr bir xəbərdarlıqdır və bunu görməməzliyə vurmaq olmaz. Livan Hizbullah, Hizbullah İran deməkdir." Daha sonra nazir Hizbullahın təhlükəsindən bəhs edərək bildirib ki, əgər beynəlxalq aləm öz təhlükəsizliyini nəzərə alaraq diplomatik addımlar atmasa, İsrail özü bunu hərbi yolla həll edəcək. 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system