"İsrail rejimi Fələstinə hücumları dövlət siyasəti halına gətirib" - İran və Türkiyə Qəzza cinayətini şiddətlə qınadı

Oxundu: 81

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi İsrailin Qəzza zolağına təşkil etdiyi terror hücumunu şiddətlə qınayıb.

İslaminSesi xəbər verir ki, diplomat "işğalçı terrorçu İsrail rəhbərlərinin müharibə cinayətkarları olaraq beynəlxalq məhkəmələrdə mühakimə olunmalı olduqlarını" vurğulayıb.


Fələstin xalqının qanuni və şanlı müqavimətini qiymətləndirmən spiker Musəvi "vəhdət və müqavimətin işğalçılarla qarşı yeganə variant olduğunu" bildirib.


İranlı XİN rəsmisi həmçinin beynəlxalq ictimaiyyət, qurum və təşkilatların İsrailin etdiyi terrora qarşı səssizliyini tənqid edib. O, "əli qanlı körpə qatili bu rejimin məlum mərkəzlərdən gördüyü dəstəklə cinayətlərini davam etdirdiyini" qeyd edib.


Türkiyə Xarici İşlər Nazirliyi də işğalçı İsrail rejimi əleyhinə bəyanatla çıxış edib.


Bəyanatda vurğulanıb ki, işğalçı İsrail rejimi Fələstinə hücumları dövlət siyasəti halına gətirib çıxarıb.


"Onlarla fələstinlini öldürürlər. Bu vəhşilikdir. Biz cinayətlərin hər birini lənətləyirik", - deyə bəyanatda diqqətə çatdırılıb.


Qeyd olunub ki, İsrail rejiminin 52 illik işğalı müasir dövrün ən uzun işğalı tarixidir./Eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system