NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - Onlarla yaralı var (VİDEO)

Oxundu: 76
İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - Onlarla yaralı var (VİDEO)

İsrail qüvvələri Qəzzanın şərqində işğal edilən ərazilər istiqamətdə yürüş keçirən fələstinlilərə atəş açıblar. Onlarla yaralı var.

 

"İslaminSesi"  Fələstin Media Mərkəzinin rəsmi saytına istinadla xəbər verir ki, ötən gün gecə saatlarına qədər davam edən yürüşdə yaralananların sayı 90-a çatıb.

 

Qəzzanın səhiyyə mənbələri 50 nəfərin odlu silahla atəş nəticəsində yaralandığını bildirirlər.

 

Qeyd edək ki, fələstinlilərin "Ləbbeyk ya Qüds" devizi altında keçirdikləri ötən günkü yürüş 71-ci yürüşdür.

 

Fələstinliləri bu yürüşlərə ABŞ-ın Qüds qərarından və Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsindən sonra başlayıblar. Hər cümə günü müntəzəm şəkildə keçirilən bu yürüşlərdə indiyədək 310-dan çox fələstinli həlak olub.SalamNews

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system