İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi
Oxundu: 140
22:07, 21.11.2019
İsrail Prezidenti Ruven Rivlin müxalif “Kahol-Lavan” blokunun lideri Beni Hansın və Baş nazir Binyamin Netanyahunun uğursuzluğundan sonra koalisiya hökuməti formalaşdırmaq üçün parlament deputatlarına 21 gün vaxt verib.
Virtualaz.org-un yerli KİV-ə istinadən verdiyi xəbərə görə ölkə prezidenti Qüds şəhərindəki iqamətgahında keçirilən xüsusi mərasimdə bu barədə Knessetin spikeri Yuliya Edelşteyni rəsmən məlumatlandırıb.
Hökuməti formalaşdırmaq hüququnun Knesset deputatlarına verilməsi İsrail üçün misli görünməmiş hadisədir.
Qüvvədə olan qanunvericilik İsrail Knessetinin deputatlarına 21 gün ərzində parlament üzvlərinin əksəriyyətinin dəstəyini qazana biləcək namizəd tapmaq və hökuməti formalaşdırmaq imkanı verir. Bunun üçün Baş nazir postuna namizəd 120 yerlik Knessetdə deputat çoxluğunun səsini əldə etməlidir. Bununla yanaşı, istənilən parlament üzvü gələcək Baş nazir vəzifəsinə iddia edə bilər.
Knessetin hökuməti formalaşdırmaq cəhdləri boşa çıxsa, İsraili tarixində ilk dəfə bir il ərzində ardıcıl üçüncü parlament seçkiləri gözləyir.
DİGƏR SİYASƏT XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
ABŞ Qara dənizdə NATO-nun əliylə... - Təhlil 15:46, 06.12.2019
-
Rusiyadan yeni S-400 BƏYANATI 12:51, 06.12.2019
-
ABŞ rus və ukraynalılara qarşı yeni sanksiyalar tətbiq etdi 12:42, 06.12.2019
-
"İslam terrorizmi" anlayışı mövcud deyil - Ərdoğan 12:13, 06.12.2019
-
Kreml Tiflislə əlaqəni bərpa etmək istəyir 11:55, 06.12.2019
-
Breksit AB tarixinin ən böyük səhvidir - Tusk 11:24, 06.12.2019
-
"Müttəfiq" dövlətləri Türkiyə ilə belə "şərəfsiz" davranışa vadar edən beynəlxalq sionizmdir 10:53, 06.12.2019
-
KİV: Ağ Ev Senatda 1915-ci il hadisələri ilə bağlı qətnaməni bloka salıb 09:51, 06.12.2019
ŞƏRH YAZIN