NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsrail hökuməti Qüdsdə fələstinlilərin evini söküb bağ tikir

Oxundu: 120
İsrail hökuməti Qüdsdə fələstinlilərin evini söküb bağ tikir

İsrail Qüdsün İsaviya məntəqəsində fələstinlilərin evlərini dağıtmaq, yerinə isə bağ salmaq niyyətindədir.

İslaminSesi-nin Haberler.com-a istinadən verdiyi xəbərə görə, bu haqda "Vadi Hilva" informasiya mərkəzi bildirir.

 

Məhkəmə layihənin həyata keçirilməsini dayandırmaq qərarını versə də, İsrail hökuməti hələ də ərazidəki fələstinllərə 2 gün ərzində evlərini boşaltmaq haqda xəbərdarlıq vərəqələrini göndərməyə davam edir.

 

Bu, artıq ilk dəfə deyil ki, İsrail insan hüquqlarını və məhkəmə qərarını görməzdən gəlir.

 

Daha öncə Əl-Əqsa məscidinin yaxınlığında, Silvan qəsəbəsində analoji layihəni reallaşdırmaq üçün Qüds bələdiyyəsinin qərarı ilə bir çox fələstinlilərin evləri sökülüb.

 

Hüquq müdafiəçiləri və Qüdsdəki fələstinlilər bildirirlər ki, İsrail hökuməti Şərqi Qüdsdə ərəblərə məxsus evlərin sayını azaltmaq üçün əlindən gələni edir və yəhudi mühacirlərə ev tikintisi üçün lisenziya verir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system