NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsrail döyüş təyyarəsinin vurulması əmri Bəşər Əsəd tərəfindən verilib - Həsən Nəsrullah

Oxundu: 544
İsrail döyüş təyyarəsinin vurulması əmri Bəşər Əsəd tərəfindən verilib - Həsən Nəsrullah

İslaminSesi.info-nun Rasthaber-ə istinadla verdyi məlumata görə, Livanın Hizbullah müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ABŞ dövlət katibi Reks Tillersonun Yaxın Şərq turunu başa vurmasından sonra regional məsələlər barədə çıxış edib.

Həsən Nəsrullah çıxışı zamanı sionist İsrail rejiminin F-16 döyüş təyyarəsinin Suriya ordusu tərəfindən vurulmasını böyük nailiyyət adlandırıb.

 

"İsrail təyyarəsinin düşürülməsi qərarınnı İranla, Rusiyayla bir əlaqəsi yoxdur. Bu qərar yalnız Suriyanın və şəxsən dövlət başçısı Bəşər Əsədin qərarıdır. Bu qədər dəqiq. İsrail təyyarəsi, Suriya ordusundakı qəhrəman əsgərlər və zabitlər tərəfindən düşürülüb. Bu çox böyük bir hərbi nailiyyətdir."

 

 

Hizbullah baş katibi çıxışında, həmçinin Vaşinqtonun suriyalı kürdləri qanuni Suriya hökumətinə qarşı müharibədə maşa kimi istifadə etdiyini bildirərək, ABŞ rəhbərliyinin ən uyğun zamanda kürd müttəfiqlərini yarı yolda qoyacağını deyib.

 

 

Nəsrullah, eləcə də Beyruta gələn Tillersonun Livan milli məclisinin sədrinə Livan İsrail dəniz sərhədinin bölüşdürülməsi ilə verdiyi təklifin rədd olunması barədə bildirib ki, "Güclüyük və bu istiqamətdə müzakirə etməliyik".  O, Livanın öz su sərhədlərində neft-qaz axtarma cəhdlərinə irqçi İsrailin hüquq iddiası ilə mane olma cəhdləri barədə "bu, bütün Livanın mübarizəsidir", -deyə adlandırıb və Livan hökumətinin rəsmilərini bu məsələdə İsrailə qarşı möhkəm və güclü mövqe tutmağa çağırıb.

 

"Vaşinqtonun əgər Hizbullahın irqçi İsraildən uzaq durmasının istəyirsə Beyrutun tələblərinə qulaq verməlidir. Neft və qaz mübarizəsində Livanlıların əlindəki yeganə kart müqavimətdir."

 

Qüdsün Fələstin və İslam torpaqlarının ayrılmaz bir hissəsi olduğunu bildirən Nəsrullah Amerika və irqçi İsrailin Qüdslə bağlı uğursuz oyunlarının heç vaxt reallaşmayacağını bildirib.

 

The secretary general of Lebanon's Hezbollah Resistance Movement, Sayyed Hassan Nasrallah, makes a televised speech in Beirut, Lebanon, on February 16, 2018.

 

Hizbullah hərəkatının ba katibi ABŞ ordusunun Suriyadakı iştirakının səbəbini də açıqlayıb. 

 

“ABŞ ordusu Suriyanın ən vacib neft və qaz yataqları orada yerləşdiyindən bəri Fərat çayının şərq sahilini işğal edib."

 

Nəsrullah qeyd edib ki, ABŞ prezidenti Donald Tramp biznesmen əsaslı siyasi liderdir və İraqı "böyük neft barreli kimi " nəzərdən keçirir.

"Aralıq Dənizində dəniz neft və qaz ehtiyatları Livana məxsusdur və onlar ölkə üçün gəlirin ən mühüm mənbəyidir", - Nəsrullah qeyd edib.

 

Nəsrullah çıxışında həmçinin İran İslam İnqilabının 39-cu il dönümü ilə bağlı Livan, Fələstin, Suriya, İraq, Yəmən və dünyanın digər yerlərində müqavimət və mustazaflara verdiyi dəstək və yardıma görə İrana təşəkkür edib və İran xalqının 39 ildir ki, şanlı yolda hərəkət etdiyini və bütün dünya azadlıqsevərləri üçün ilham mənbəyi olduğunu bildirərək, İranın Livanın müttəfiqi olduğunu bildirib.

 

"Bəhreyn dünyada yeganə ölkədir ki, hökuməti vətəndaşlarını öz vətəndaşlığından məhrum edir, " Hizbullah baş katibi Bəhreyndəki hadisələr barədə bəyan edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system