NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsrail baş naziri raket zərbələrinə görə dərhal zalı tərk edib (VİDEO)

Oxundu: 46
İsrail baş naziri raket zərbələrinə görə dərhal zalı tərk edib (VİDEO)

İsrail baş naziri Benyamin Netanyahu ötən gün Aşdod şəhərində çıxış edərkən raket zərbələrinə görə zalı təcili tərk etməli olub.

Bu barədə İsrail mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, ötən gün Aşdod şəhərində Knesset seçkiləri öncəsi təbliğat kompaniyası çərçivəsində çıxış edən İsrail baş naziri fələstinlilərin raket atəşinə görə dərhal zalı tərk edib.

 

İsrailin "13-cü Telekanal"ı İsrail baş naziri Benyamin Netanyahunun  Likud partiyasının zalını dərhal tərk etməsinin görüntülərini yayımlayıb.

İsrail mənbələri raketlərin Qəzzadan atıldığını və havadan müdafiə sistemlərinin işə düşdüyünü bildiriblər.

 

Qeyd edək ki, B.Netanyahu cari ayda keçiriləcək Knesset seçkiləri öncəsi səsləri əldə etmək üçün fələstinlilərə, onların ərazilərinə, İrana və onunla müttəfiq dövlətlər və hərəkatlara qarşı sərt çıxışlar və addımlara əl atıb.SalamNews

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system