NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 5573
İsrail arxeoloqları üzərində “Əliyyən Vəliyyullah” həkk edilən 2 min qızıl sikkə tapıblar

İsrail arxeoloqları üzərində “Əliyyən Vəliyyullah” həkk edilən 2 min qızıl sikkə tapıblar

Sionist rejimi arxeoloqları Aralıq dənizində qazıntılar zamanı bir xəzinə tapıblar. Xəzinə, əsasən üzərində “La İlahə İlləllah, Məhəmməd Rəsulullah, Əliyyən Vəliyyulah” şəhadət kəlməsi olan dinarlara şamildir.

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, arxeoloqlar bu xəzinənin,  909-1171 ci illərdə Misir və Şimali Afrikada hakimiyyətdə olmuş Fatimilər dövlətinə aid olduğunu deyirlər.

 

Məlumata görə xəzinə hazırda Sionist rejimin nəzarətində olan (Fələstinin qədimi şəhərlərindən biri) qədimi Qisariyyə şəhərinin Aralıq dənizi sahillərində tapılıb.

 

Xəzinədə belə dinardan 2 min ədəd olub.

 

Bu ikinci dəfədir ki İsrail arxeloqları Aralıq dənizində Fatimilər dövrünə aid sikkləri ehtiva edən xəzinələri tapırlar.

 

2015-ci ildə də belə bir xəzinə tapılmışdı.

 

İsrailli arxeoloq Reobert Kul deyir ki, “Fatimilər dövləti varlı bir imperiya idi. Onlarda pul vahidi qızıldan bəzən də gümüşdən idi. Bildiyimzə görə 12-ci əsrdə Fatimilər dövlətinin xəzinəsində 12 milyon dinar var idi. Onlar çox varlı idilər. Nəhəng imperiyanı idarə edirdilər. Bu məsələ diqqətdə saxlanılmalıdır”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system