NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıb

Oxundu: 266
 İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıb

İsmayıllı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Belə ki, İsmayıllı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər - rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıb. Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd “TOZ 63” markalı ov tüfəngi də götürülüb. 

 

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3 -cü ( Ov qaydalarının kobud şəkildə pozulması ) maddəsi ilə barələrində inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system