“İslami Cihad” İsrail rejminə şərt qoydu
Oxundu: 92
12:12, 14.11.2019
“İslami Cihad” artıq İsrail rejminə şərt qoyur.
İslaminSesi xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının sözcüsü Musab Əl-Brim, Hərəkatın İsrail ilə atəşkəs razılaşmasına girdiyini açıqlayıb.
Musab Əl-Brim işğalçı İsrilin Cihad Hərakatının şərtləri qarşısında boyun əydiyini bildirib.
“Fələstinəl-youm”-a açıqlama verən Əl-Brim, razılaşmaya Hərakatın qoyduğu şərtlər əsasında gəlindiyini xüsusi vurğulayıb.
Müqavimət sözcüsünün bildirdiyinə görə razılaşma İsrailin sui-qəsd siyasətinə son verilməsi, Böyük Qayıdış Yürüşlərində etirazçıların təhlükəsizliyinin qorunması və mühasirələrin aradan qaldırılması şərtləri əsasında əldə edilib.
Musab Əl-Brim,"Müqavimət öz sözünü dedi! Təcavüzə qarşı çıxdı və Netanyahunun nüfuzunu zədələdi! Fələstin xalqımızı müdafiə etdi!" deyə müsahibəsini bu cümlələrlə bitirib.
İslami Cihadın baş katibi, komandir Ziyad əl-Naxala da sözcünün dediklərini təsdiqləyib və “İslami Cihad”ın atəşkəs razılaşması qəbul edilmədikcə “Qüds Briqadasının” döyüşləri davam edtdirəcəyini, bütün İsrail şəhərlərinin raketlərlə vurulacağını bildirib.
Xatırladaq ki, İsrail rejiminin son 3 gündə etdiyi təcavüz nəticəsində 32 fələstinli həyatını itirib, 100-dən artığı isə yaralanıb. Müqavimətin cavab atəşləri nəticəsində isə İsrai ərazisində fövqəladə vəziyyət edlən edilib. İsrail mediası Müqavimətin 50-dən artıq roket atdığını, bunların yalnız 20-sinin dəf edildiyini bildirib.
DİGƏR SİYASƏT XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Ayətullah Sistani: Cinayətkarların işinə yalnız məhkəmə sistemi baxmalıdır 21:38, 14.12.2019
-
"Əsl soyqırımı ermənilər Anadolunun şərqində, Azərbaycanda törədiblər" - Türkiyəli sabiq nazir 20:14, 14.12.2019
-
Sədr cərəyanı bütün təşkilat və ofislərini bağlayır 12:48, 14.12.2019
-
Amerika və İsrail Livan xalqını şantaj edir – Həsən Nəsrullah 12:37, 14.12.2019
-
““Dərin dövlət” “erməni soyqırımı”nı qəbul etdirməklə, Türkiyədən daha çox, Trampa zərbə vurur” – Elxan Şükürlü 12:00, 14.12.2019
-
İmran Xan Səudiyyəyə gedir - Vasitəçilik etməyə 11:24, 14.12.2019
-
Konqres Qaşoqçının qatillərinin tapılması üçün “CİA”-ya bir ay vaxt verdi 10:59, 14.12.2019
-
Tramp demokratları “Nİifrət partiyası” adlandırdı 09:51, 14.12.2019
ŞƏRH YAZIN