"İslam terrorizmi" anlayışı mövcud deyil - Ərdoğan

Oxundu: 98

Uzun müddət demokratiyanın mərkəzi hesab olunan ölkələr indi ksenofobiya və islamofobiya xəstəliyinə yoluxublar. Radikalların hərəkətlərindən yalnız müsəlmanlar deyil, digər dinlərin nümayəndələri, o cümlədən yəhudilər də əziyyət çəkir.

İslaminSesi-nin "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərədəki Kembric Mərkəzi Məscidinin açılış mərasimində açıqlayıb.


Ərdoğan tarix boyu dini məkanların insanları qoruduğu bir yer olaraq qəbul edildiyini və müharibə dövründə də toxunulmaz sayıldığını vurğulayıb: "Dünyanın hər hansı bir yerində dini obyektlərə hücum edilərsə, bombalanarsa, mülki insanlar amansızcasına qətlə yetirilərsə, bu bütün insanlıq üçün siqnal olmalıdır".


"Terrorçulardan biri müsəlmandır deyə bütün İslamı ləkələyə bilməzsiniz", o deyib.


Onun sözlərinə görə, İŞİD terrorçuları İslamın normalarını təhrif etməyə çalışıblar./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system