NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən...

Oxundu: 647
İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən...

İslam ümmətinə rəhbərlik edən şəxs bir çox xüsusiyyətlərə malik olmalıdır. Bunlardan biri də həmin rəhbər qarşı tərəflə sazişə gedən olmalıdır...

 

İslaminSesi - Qurani Kərimdə Ənfal surəsinin 61-ci ayəsində Mütəal Allah buyurur:

 

“Əgər onlar sülh və barışığa meyil göstərsələr, sən də ona meyil et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!”

 

Qeyd etdiyimiz ayə sülh və barışığa dəvət edən ayələrdəndir.

 

Ayəyə nəzər saldıqda bir çox mətləblərin önə çəkildiyini görə bilirik. Bunlardan biri də müsəlmanların qüdrətli olması, qüdrət əldə etməsi və düşmənin müsəlmanlara sülh sazişi təklif etməyə məcbur qalmasıdır.

 

Saziş təklifi heç vaxt məğlub olan tərəfə gəlməz, əksinə məğlub tərəfdən güc və iqtidar tərəfə göndərilər.

 

Saziş heç də hər zaman sülh üçün təklif edilmir. Bu bəzən bir hiylə, düşmənin özünü toparlayıb hücum etməsi üçün bir manevr də ola bilər. Düşmən saziş bəhanəsi ilə iansanı alda da bilər.

 

Xatırlatdığımız ayədən əvvəlki ayə də müsəlmanları güclü olmağa, düşmən qarşısında möhkəm olmağa səsləyir. Güclü olmağ heç də, tək o demək deyil ki,  düşməni əzəsən, məhv edib öz ərazilərini genişləndirəsən. Xeyr!

 

Güclü olmaq odur ki, səninlə hesablaşsınlar. Səninlə sazişə gəlməyə məcbur olsunlar. İqtidar və söz sahibi olmağın üçün bu güc sənə lazımdır. Bu zaman səninlə sazişə gələrlər və sən də onlarla sazişə gəl!

 

Ayədə digər bir mətləb isə sülhün qəbul olunmasıdır. Düşmən tərəfdən sülh təklifi gəldikdə bunu kim qəbul etməlidir?

 

Təbii ki,Quran, sülh təklifinin qəbulunu bütün ümmətin öhdəsinə buraxmır. Ayədə “sən də ona-sülhə meyil et” deyə qeyd olunur. Burada sülh təklifinə baxılmağ peyğəmbərin öhdəsinə qoyulur, yəni rəhbərin öhdəsinə... bütün mümmətin yox! Döyüşə və ya sülhə qərar vermək hamının vəzifəsi deyil, rəhbərin vəzifəsidir.

 

Digər bir mətləb isə sazişin qəbulu, ətarıfnda olanların mövqeyidir. Təbii ki, bu sazişi hamı bir mənalı qəbul etməyəcək. Rahatlıqla qəbul edənlər də olacaq, qarşı çıxanlar da. Bunun üçün “Quran Allaha təvəkkül et” deyir! Allaha arxalanaraq qəbul et! Sənin üçün insanların nə dediyi yox, onların məsləhətinə uyğun olan önəmli olmalıdır. "...Odur eşidən və bilən"

 

Tarixə diqət etdikdə sonuncu mətləbin nümunələrinə çox rast gəlmək olur. Məsələn İmam Həsənin (ə) müaviyyə ilə sülhü, yaxud elə peyğəmbərin (s) “Hüdeybiyyə” sazişi və sair...

 

Hicrətin 9-cu ilində Həzrət peyğəmbər (s) Məkkəyə izdihamlı halda daxil ola bilmək üçün müsəlmanlarla düşmənçilik etməyən bəzi müşrük tayfalarını da izdihama qoşulmağa dəvət etdi. Müşrük olmalarına rəğmən Məkkəni müqəddəs bilən və müsəlmanlarla düşmənçilik etməyən müşrüklər buna razı oldular. Bu tayfalar müşrük olsalar belə Məkkənin müqəddəsliyinə inancları vardı. Həm də onlar Qüreş müşrüklərinin müsəlmanlara qarşı apardıqları qatı düşmənçiliyin əleyhinə idilər, onlar bu düşmənçiliyə görə qüreyişliləri qınayırdılar. Ona görə peyğəmbərin bu təklifini qəbul etdilər və bir yerə cəm olanların sayı 1500-i keçdi. İzdiham Məkkəyə doğru yol aldı. İzdihamdan təşvişə düşən Məkkə müşrükləri onların şəhərə daxil olmasından narahat oldular və Hüdeybiyyə adlı məntəqədə peyğəmbərin (s) qarşısına çıxıb sülh sazişi təklif etdilər və müsəlmanların gələn il Məkkəyə daxil olamsı haqqında razılığa gəldilər.

 

İslam peyğəmbərinin (s) bu sazişinə etiraz edənlər çox oldu. Hətta o həzrətin (s) ən yaxın səhabələrindən belə etiraz edənlər oldu. Bəzi səhabələr belə peyğəmbərin (s) peyğəmbərliyi barədə şəkkə düşdülər. Lakin bütün bunlara baxmayaraq peyğəmbər (s) müsəlmanların ümumi xeyrini nəzərə alaraq sazişə getdi və bununla da həm müsəlman camiəsini böyütmək, həm də gələcək fəthin qapılarını genişləndirməyə nail oldu.

 

Ayə “Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!” kəliməsi ilə bitir. Yəni Allah yolunda addım atılanda Ona sığının, O hər şeyi görən və biləndir. O haqq yolunda atılan hər addımı görür və bilir. Necəki növbəti ayədə buyurulur: Allah sənə kifayətdir!

 

Bəhs etdiyimiz mövzuya imamətin (ə) hədis və tövsiyələrində də rast gəlmək olur. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur:

 

“Düşmən sənə sülh sazişi təklif etdikdə buna qarşı çıxma...”- Düşmən sənə sühl sazişi təklif etdikdə sülhə qarşı çıxma, onu qəbul et. “...lakin diqətli ol, sülhdən sonraya diqətli ol!...”- İmam (ə) sülhə diqətli olmağa səsləyir. Döyüşdə necə diqətlisənsə sülh əsnasında da bir o qədər diqqətli olmalısan. Sülhə arxayın olma. Bu o demək deyil ki, düşmən daha sənə qarşı düşmənçilik etməz, hiylə qurmaz. Xeyir! Əksinə daha ehtiyyatlı olmalısan.

İmam (ə) davamında buyurur: “...düşmən sənə əl uzadır ki, səni qəflətə sala...” – Düşmən növbəti kəskin həmlə üçün fürsət axtarır. Sən təklif olunan sülhü qəbul etməlisən. Lakin bununla belə diqqəti və tədbiri kənara qoymamalısan.

 

Bütün bunlar İslamın sülh sevər, sülh tərəfdarı olan bir din olmasının göstəricisidir. İslam daima sülh tərəfdarı olub və sülh sevərliyi təklif edib.

İslam ümmətinə rəhbərlik edən şəxs də həm Quranın, həm də hədislərin təkid etdiyi sülhün tərəfdarı olmalı, hiylələrə aldanmadan insanlar arasında sülhü qoruyub mühafizə etməlidir.

 

AİP-in sədr əvəzi ilahiyyatçı-alim Hacı İlham Əliyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system