NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İslam peyğəmbərinin (s) sevimli səhabəsi Salman Farsinin ibrətamiz həyat hekayəsi - Video

Oxundu: 310
"

Salman həqiqətə yetişmək üçün nə qədər çətin yollar keçmişdi!

"İslaminSesi" - İslam bir nurdur ki, dünyanın müxtəlif yerlərindən insanlar bu əbədi nurun ətrafin toplanır. Bu əbədi nur sorağında olan insanlardan biri də peyğəmbərin (s) əziz səhabəsi Salman Farsidir. Salman ərəbistana İrandan gəlmişdi.

 

O, İslamin zuhurundan da əvvəl daim elm və həqiqət axtarışında, həqiqi məbudun sorağında olan kəslərdən idi. Tarixi mənbələrdə Salmanin ilk öncə zərdüş dinində olduğu bildirilir. Lakin o zəruştliklə qane olmayib yeni kamil bir din sorağına çıxır.

 

Salman gənc yaşlarında Şam şəhərinə səfər edir. Orada məsihi rahibləri ilə görüşüb məsihiliyi qəbul edir, hətta şagirdliyi qəbul edib məsihiliyi ətraflı öyrənmək qərarına gəlir.

 

Salman uzun müddət məsihiliyi araşdırmış, onun tarix və ideologiyasını mənimsəmişdi. Lakin bir müddət sonra ərəbistanda axir-zaman peyğəmbərin zühur etdiyini eşidib Mədinəyə tərəf yola çıxır.

 

Lakin Mədinəyə yetişməmiş yolda Bəni Kəlb qəbiləsi tərəfindən əsir alınır. Sonra bəni Qureyzə qəbiləsindən bir şəxsə satılır və həmin adamla Mədinə şəhərinə gəlir. Mədinədə peyğəmbərlə (s) görüşüb İslamı qəbul edir.

 

Həzrət peyğəmbər (s) onu alib azad edir və ona Salman adı verir. Salman həyatı boyu daim peyğəmbərə (s) ən yaxın səhabələrdən olur. Bu səbəbdən peyğəmbər: ”Salman biz Əhli-beytdəndir” deyə buyurmuşdur. Salman, İslamın və müsəlmanlarin taleyüklü məsələlərində daim öndə olan səxslərdəndir. Həmçinin Xəndək döyüşündə Mədinənin ətrafına xəndəyin qazılmasi, müşriklərin məğlubiyyəti Salmanın məsləhəti ilə baş tutmuşdu.

 

Həzrət peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Salman daim Həzrət Əlinin (ə) yanında olmuş, Səqifədə olan beyəti rədd etmişdi. Sonra xəlifənin təkidi və İmamın (ə) məsləhəti ilə Mədain şəhərinə vali gedir. Günlük ruzisini səbət toxumaqla əldə edir, ömrünün sonuna kimi Mədaində yaşayır.

 

Bəzi mənbələrdə Salmanın vəfat etdiyi vaxt İmam Əlinin (ə) Mədainə gəldiyi, ona qüsl verib namaz qılaraq dəfn etdiyi qeyd olunur.  Hazırda Salman Farisinin məzari bağdadin 37 km cənubunda bir əyalətdə yerləşir.

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system