İslam İnqilabı Rəhbərindən Ayətullah Sistaniyə məktub: Allahın bərəkəti üzərinizə olsun...

Oxundu: 1419
İslam İnqilabı Rəhbərindən Ayətullah Sistaniyə məktub: Allahın bərəkəti üzərinizə olsun...

İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər müsəlmanların nüfuzlu mərcəi təqlidi Ayətullah Seyid Əli Sistaniyə məktub göndərib.

 

İslaminSesi khamenei.ir-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei, bu gün səhər müsəlmanların nüfuzlu mərcəi-təqlid alimi Ayətullah Seyid Əli Sistaniyə məktub göndərərək onun üçün Mütəal Allahdan can sağlığı və bərəkətli ömür dilədiyini bildirib:

 

Mehriban və bağışlayan Allahın adı ilə.

Həzrət Ayətullah Sistaniyə - Allah bərəkətin davamlı etsin.

Şərif vücudunuzun xəstələnməsi xəbəri (böyük) narahatlıq yaratdı.  Kərim olan Allahdan sizin üçün şəfa diləyirəm.

Allahın salamı və bərəkəti üzərinizə olsun.”

 Seyid Əli Xamenei (2020 19 yanvar)

 

Xatırladaq ki, İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani dünən gecə sol ayağında burxulma nəticəsində baş vermiş sınıq səbəbiylə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system