İslahatlar və növbəti bələdiyyə seçkiləri – Siyasi qurumlar nə düşünürlər?

Oxundu: 126
İslahatlar və növbəti bələdiyyə seçkiləri – Siyasi qurumlar nə düşünürlər?

Həsrət Rüstəmov: “Növbəti seçkilərin də administrativ qaydada, tamamilə formal keçiriləcəyini düşünürəm”

Əhməd Oruc: “Bələdiyyə seçkiləri faktiki olaraq yerlərdə İcra hakimiyyətlərinin təyinatından başqa bir şey deyil”

 

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata əsasən, dekabrın 23-də keçirilməsi nəzərdə tutulan seçkilərdə iştirak etmək üçün 4765 nəfər müraciət edib.

 

Qeyd edək ki, sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.

 

Maraqlıdır, bəs ölkəmizdə aparılan islahatlar fonunda əvvəlkilərlə müqayisədə builki bələdiyyə seçkilərində müsbətə doğru hansısa dəyişikliklər gözləmək olarmı?

 

İslaminSesi-nin sualını cavablandıran ADP sədrinin müavini Həsrət Rüstəmovun fikrincə, Azərbaycanda hələ ki, islahat aparıldığını iddia edə bilmərik: "Çünki son günlər baş verənlər islahat deyil, hakim komanda daxilindəki cinah qarşıdurmasının nəticələridir. Ona görə də bələdiyyə seçkilərinin administrativ qaydada, tamamilə formal keçiriləcəyini düşünürəm. Amma seçkilərdə iştirak edərək xalqı maarifləndirməyi və siyasi fəallığı stimullaşdırmağı da vacib hesab edirəm. Seçkilərin ədalətli və azad keçirilməsi yalnız xalqdan, onun siyasi fəallığından asılıdır. Hakimiyyətə qalsa, heç vaxt azad seçki keçirməz".

 

Azadlıq Partiyasının sədri Əhməd Orucun fikirləri də təxminən eynilik təşkil etdi: "Tam əminliklə deyə bilərəm ki, bu bələdiyyə seçkilərinin özü də fərqli olmayacaq. Çünki seçki komissiyalarında vəziyyət əvvəlki kimidir. Və eyni zamanda bələdiyyələrə kimlərin seçilməsinin konkret qiyməti var. Ümumiyyətlə, bələdiyyə seçkiləri faktiki olaraq, yerlərdə İcra hakimiyyətlərinin təyinatından başqa bir şey deyil".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system