NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İŞİD yüzə yaxın insanın həyatına son qoydu - Ölənlərin sayının artacağı güman edilir

Oxundu: 291
İŞİD yüzə yaxın insanın həyatına son qoydu - Ölənlərin sayının artacağı güman edilir

Partlayış şənbə günü yerli vaxtla saat 22:40-da Kabilin şadlıq saraylarından birində baş verib. Partlayıcı qurğunu kamikadzenin işə saldığı bildirilir

Əfqanıstanın paytaxtı Kabildə toy mərasimi zamanı baş vermiş partlayış nəticəsində ölənlərin sayı 80-a çatıb.


İslaminSesi xəbər verir ki, məlumatı "Reuters" agentliyi əfqan rəsmilərinə istinadən yayıb.


Partlayış şənbə günü yerli vaxtla saat 22:40-da Kabilin şadlıq saraylarından birində baş verib. Partlayıcı qurğunu kamikadzenin işə saldığı bildirilir.


Bundan əvvəl hadisədə 63 nəfərin həlak olduğu xəbər verilib. Ölənlərin sayının artacağı güman edilir.


Şahidlərin sözlərinə görə partlayış zamanı şadlıq sarayında onlarla insan olub.


Əfqanıstan Prezidenti Əşrəf Qani hücumu pisləyib və həlak olmuşların ailələrinə baş sağlığı verib.


Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

/Sputnik.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system