NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 2557
İŞİD partlatdığı Yunis Peyğəmbərin məqbərəsinin altında nəyi axtarırdı?

İŞİD partlatdığı Yunis Peyğəmbərin məqbərəsinin altında nəyi axtarırdı?

Mosulda Yunis Peyğəmbərin məzarı partladıldıqdan və çöküntünün baş verməsindən sonra bu məzarın altında minlərlə il tarixə malik olan böyük bir saray aşkarlanmışdı. İŞİD bunu görcək məqbərənin altında qazıntılar və axtarışlar həyata keçirmişdi.

İslaminSesi.info əl-Aan telekanalına istinadla xəbər verir ki, İŞİD “Yunis Nəbi” dağı altında qazıntılardan sonra buradan çoxly tarixi əsərləri oğurlayıb. İraqın müvafiq təhlükəsizlik qurumları və İnterpol-un həmkarlığı nəticəsində buradan oğurlanan əsərlərin təqribən yarısı qaytarılıb. Tarixi Nineva şəhərinin mərkəzi olan bu məqbərə kompleksində saxlanılan “qanadlı şir”dən isə hələ bir xəbər yoxdur.

 

Yunis Peyğəmbərin məzarının yerləşdiyi kompleks Mosulun şərqində “Yunis Nəbi” təpəsinin üstündə yerləşir. Bu təpə də tarixi Nineva şəhərinin mərkəzi hesab edilir. Bu şəhər e.ə 6-cı yüzilliyə yəni Assuriya şahlarının dövrünə təsadüf edir.

 

Müsəlmanlar fikirləşir ki bu məkanda yalnız Quranda adı çəkilən Yunis peyğəmbərin məzarı var. Amma İŞİD-in 2015-ci ildəki cinayətindən və məzarın partladılmasından sonra baş verən hadislər əslində burada dünya tarixinin ən qədimi imperatorluqlardan birinin olduğunu sübuta yetib. Məlum olub ki təpə üzərindəki Yunis Peyğəmbərin məzarı əslində həm də böyük bir sarayın üzərində yerləşir.

 

Bu məlumdur ki Mosulda tarixi Nineva şəhəri bu ərazidə yerləşir və bu sivilizasiya Assuriya İmperiyası dövrünə (e.ə 934-609) təsadüf edir.

 

İraq Ordusu ərazini terror təşkilatından alandan sonra bura baş çəkən arxeoloqlar partladılmış Yunis Peyğəmbərin məzarının altından İŞİD-in qazdığı tunellərlə rastlaşıblar. Bu tunellər arxeoloqları məzarın altındakı böyük saraya aparıb, çıxarıb. Məlum olub ki, burada 600 ildir bəşərin təmas edə bilmədiyi böyük bir saray var. 

 

Bir çoxları bildirir ki, əslində İŞİD-in məqsədi sırf məzarı partlatmaq deyil, onların ağalarının fərmanını yerinə yetirmək və məzarın altındakı sarayda olan ekspanatları oğurlamaq olub.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system