İŞİD-lə müharibəyə və Ayətullah Sistanin fətvasına etiraz edən iraqlı şiə lideri Həsən Sarhi kimdir? - Təfərrüat

Oxundu: 1838
İŞİD-lə müharibəyə və Ayətullah Sistanin fətvasına etiraz edən iraqlı şiə lideri Həsən Sarhi kimdir?  - Təfərrüat

İran əleyhdarı iraqlı şiə lider Mahmud Həsən Sarhi kimdir?

 

"Əl-Halic əl-Youm"un hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, Kərbəladakı İran konsulluğuna hücum edən təxminən 300 nəfər şəhərə Tuveyric bölgəsindən daxil olub.

 

Hücum edənlərin dini mərce olaraq təqdim edilən Mahmud Sarhinin tərəfdarları olduğu və həmçinin bu qrupun daha əvvəl də Kərbəlada çox sayda təhlükəsizlik problem yaratdığı vurğulanıb.

 

Mahmud Sarhi kimdir?

 

Şeyx Mamud ibn Əbdürrza ibn Məhəmməd Sarhi 2003-cü ildə Səddam Hüseyn devrilməzdən bir az əvvəl özünü dini mərce olaraq tanıtdırıb.

 

Səudiyyənin "Əl-Ərəbiyə" televiziya kanalı Mahmud Sarhi tərəfdarlarının Kərbəlada hadisələr törədən zaman onu Ayətullah Sistaniyə müxalif iraqlı şiə lider kimi təqdim edib.

 

2014-cü ildə İraq Baş Naziri Nuri əl-Maliki əleyhinə çıxışlarıyla bir daha gündəmə gəlib. 

 

"Əl-Ərəbiyə" kanalı "Kərbəlada bir şiə mərcenin tərəfdarlarıyla Maliki qüvvələri arasında toqquşma" başlıqlı xəbərində Mahmud Sarhinin fəaliyyətlərinin 2006-cı ildən nəzərə çarpmağa başladığını və tərəfdarlarının o vaxt da Bəsrədəki İran konsulluğuna hücum etdiyini yazmışdı.

 

25-30 min silahlı adamı olduğu bildirilən Sarihinin tərəfdarları 2014-cü ildə də İraq təhlükəsizlik qüvvələriylə toqquşub.

 

Sarhinin İraqda vilayəti-fəqih əsasında dini idarəetmə qurmağa çalışdığını bildirən "Əl-Ərəbiyə" "Bağdada ən böyük təhdid cənubdan gəlir. Bu bölgədəki qruplar İraqa da, İrana da təhdid yarada bilər" - şərhini vermişdi.

 

Nəslinin Peyğəmbər nəvəsi həzrət Həsən (ə)-a çatdığını iddia edən Mahmud Sarhi 1964-cü ildə İraqın Kazımeyn şəhərində doğulub. 1987-ci ildə Bağdad Universiteti Mühəndislik Fakültəsindən məzun olub.

 

Səddam Hüseyn rejiminin devrildiyi dövrdə bir müddət gizlənən Mahmud Sarhi 2005-ci ildə İraqın Hillə şəhərində ortaya çıxıb. Qısa müddət ərzində ABŞ qüvvələriylə mübarizə apardığını və 3 ABŞ əsgərini öldürdüyünü iddia edərək, İraqın bir çox şiə şəhərində bürolar açmağa başlayıb. Sarhinin bu dövrdə İmam Mehdinin (ə.f) onu ziyarətə gəldiyinə dair açıqlaması iraqlı nüfuzlu şiə din xadimlərinin reaksiyasına səbəb olub.

 

Sarhinin Səddam dövründə BƏƏS partiyasının kəşfiyyat əməkdaşı olduğu, Səddam rejiminin devrilməsindən sonra da Səudiyyə kəşfiyyatında dəstək aldığı iddia edilib.

 

Daha əvvəl Mahmud Əbdürrza əl-Bahadili adıyla tanınan Sarhi daha sonra adını Şeyx Mahmud ət-Təmimi olaraq dəyişdirib.

 

Şeyx Mahmud ət-Təmimi adından istifadə etdiyi dövrdə ağ əmmamədən istifadə edən Sarhi daha sonra adını Seyid Mahmud əs-Sarhi olaraq dəyişdirib peyğəmbər nəslindən gəldiyinin göstəricisi olaraq qara əmmamə taxmağa başlayıb.

 

"Knooz media"nın xəbərinə görə, Səddam hökumətinin hegemon olduğu 1990-cı illərdə Sarhi evinə peyk antenası quraşdırdığı üçün saxlanılaraq, 300 dinar cərimə edilib. Həbsdə olduğu dövrdə qəribə fəlsəfi fikirlər ortaya atmasından sonra bir kəşfiyyat əməkdaşı bu vəziyyəti məruzə edir. İraq kəşfiyyatı da Sarhini Pakistana göndərib. Sarhi bir il Pakistanda qaldıqdan sonra İraqa qayıdıb və adını Şeyx Mahmud Sarhi olaraq dəyişdirib. Həmin vaxtdan ağ əmmamə taxmağa və Şeyx Mahmud adını istifadə etməyə başlayıb. Bir müddət sonra qara əmməmə taxıb adını əvvəlcə Mahmud Sarhi olaraq dəyişdirib. Sonra isə Seyid Mahmud əl-Həsəni adından istifadə edib.

 

Xalqa özünü Seyid Həsən Xorasani olduğunu və İmam Mehdini (ə.f) tanıdığını deməyə başlayıb.

 

Bir ara özünü İmam Mehdinin (ə.f) naibi kimi tanıdan Mahmud Sarhi daha sonra isə əslində özünün İmam Mehdi olduğunu, ancaq bunu aşkar etmək istəmədiyini deyib.

 

Dini mərcəiyyətə qarşı təşkilat

 

İraq dini mərcəiyyətinə qarşı olan Sarhi, "İmam Mehdinin edamları" adlı bir təşkilat qurdu. İmam Mehdinin (ə.f) hazırkı mərcəiyyətə qarşı olduğunu iddia edən Sarhi bu qrupa da Ayətullah Sistanini öldürməyi tapşırdı. İraqlı nüfuzlu din xadimləri tərəfindən düşüncələri və aksiyaları səbəbilə şübhəli sayılaraq, kənarlaşdırılan Sarhi, özünü Ayətullah Məhəmməd Baqir Sədr ilə Muqtəda Sədrin atası Seyid Sadiq Sədrin tələbəsi olaraq tanıdıb, dini mərcelik iddiasında olsa da, dini mərcelərdən Seyid Qasım əl-Hairi "Mahmud Həsən Sarhi müctəhid deyil və biz ona güvənmirik" - açıqlamasını verib.

 

İŞİD-lə müharibəyə və Ayətullah Sistanin fətvasına etiraz

 

Mahmud Sarhi Ayətullah Sistaninin 2014-cü ildə İŞİD hücumlarına qarşı xalqı səfərbərliyə çağıran fətvasına qarşı çıxır. Sarhi o dövrdə İŞİD-in sünni olduğunu və onlara silah çəkməyin haram olduğunu bildirərək, Ayətullah Sistaninin fətvasının batil olduğunu deyir.

 

Sarhi İŞİD əleyhinə beynəlxalq koalisiyanın qurulmasından sonra Misirin "Əl-Vətən" qəzetinə verdiyi açıqlamada İŞİD-in konkret gerçəklik olduğunu, müvəqqəti bir şey olmadığını bu səbəbdən onu yox etmək üçün daha çox qan tökülməməli və buna görə də bu "faydasız, təhlükəli müharibəyə son qoyulmalı olduğunu" söyləyir.

 

Mahmud Sarhi tərəfdarları 2006-cı ildə İranın Bəsrədəki konsulluğunu yandırıb, 2016-cı ildə Yaşıl bölgəyə hücum edib və İranın Bağdaddakı səfirliyini yandırıb.

 

2018-ci ildə və 1 oktyabr 2019-cu ildən keçirilən nümayişlərdə də "Həşdi Şabi" bürolarına hücum edib və bu yerləri yandırıb. İraqda yoxsulluq, xidmət çatışmazlığı və iqtisadi problemlər səbəbilə keçirilən nümayişlərə sızan Sarhi ardıcıllarının son olaraq bir "Həşdi Şabi" komandirini təcili tibbi yardım maşınından çıxarılaraq öldürülməsinin günahkarı olaraq göstərilir.

 

Eastnews - YDH

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system