İŞİD-lə eyni beyinə sahib olanlar üçün - Karikatura

Oxundu: 2513
İŞİD-lə eyni beyinə sahib olanlar üçün - Karikatura

Terrorun və terrorçunun dini, milləti və irqi olmur. Müasir dünyanın ən böyük faciəsi hes oluabnan bu məfhum harada baş verməsindən asılı olmayaraq pislənməli və məhkum edilməlidir

Eyni zamanda terroru dəstəkləyən, hansısa ölkəyə cəmiyyətə, dinə və millətə qarşı antipatiyadan doğan səbəblər üzündən həmin ölkədə günahsız insanların ölümünə səbəb olan terror hadisəsinə sevinənlər bağlı da təəssüflə qeyd etməliyik ki, onlar terrorçularla eyni beyinin daşıyıcılarıdır.   

 

Dünən İranda baş verən və 13 nəfər müsəlmanın ölümü ilə nəticələnən terror hadisəsindən sonra Azərbaycanda da bu cür beyin daşıyıcılarının mövcudluğunu müşahid etdik. Halbuki həmin insanların bəziləri Qərb, xüsusilə xristian ölkələrində hər hansı bir terror olayı baş verən kimi, ən pis halda öz profillərinə həmin ölkənin bayrağını yerləşdirməklə dəstəklərini bildirirlər. Lakin bu olay İran və İraq kimi müsəlman və illərdir təzyiqlər, sanksiyalar, terror hədələri  altında yaşayan müsəlman bir cəmiyyətində baş verəndə isə bunu sevinclə qarşılayırlar. Görünən budur ki, XXI əsrdə yaşamağımıza hələ də bu tip insanlar millətçilik mərəzindən xilas ola bilməyiblər.

 

İslaminSesi sözügedən mövzunun dünəndən etibarən kifayət qədər müzakirə predmeti olduğunu nəzərə alaraq bununla bağlı hazırladığı kariktauranı oxucularına təqdim edir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system