NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 286
İŞİD-lə döyüşən “Kətaib-Hizbullah”a endirilən aviazərbələrinin icraçısı məlum oldu

İŞİD-lə döyüşən “Kətaib-Hizbullah”a endirilən aviazərbələrinin icraçısı məlum oldu

ABŞ –ın “İŞİD-ə qarşı koalisiyası” elan edib ki, onlar iki gün öncə İraq-Suriya sərhədində Haşdu-Şabinin “Kətaib Hizbullah” batalyonuna endirilən hava zərbələrindən xəbərsizdirlər. ABŞ bu hava zərbələrini həyata keçirmədiyini bildirib.

İslaminSesi.info Suriya və İraqda döyüş cəbhələrinin proseslərini yaxından izləyən əl-İlam əl-Hərbi adlı media qurumuna istinadla bildirir ki, iki gün öncə Bu-Kamal şəhəri ərazisinə endirilən hava zərbələrində İŞİD-lə qarşı cəbhədə olan “Kətaib-Hizbullah”ın 22 hərbçisi şəhid olub.

 

ABŞ koalisiyası tərəfi bu hava zərbələrinin onlar tərəfindən həyata keçirildiyini təkzib edib.

 

Haşdu-Şabi –nin “Əsaib Əhlil-Haqq” briqadası bəyanat yayaraq bu hava zərbələrinin ABŞ və ya da İsrail tərəfindən həyata keçirildiyini, gələcək yaxın günlərdə hava zərbələrini həyata keçirən tərəfin dəqiqliklə məlum ediləcəyini bəyan edib.

 

Artıq bu neçənci dəfədir ki, Suriya və İraq ərazisində İŞİD-lə qarşı cəbhədə olan Haşdu-Şabi qüvvələri, Suriya Ordusu və onunla müttəfiq olan qüvvələrin mövqeləri ABŞ və naməlum təyyarələr tərəfindən bombalanır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system