NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 12618
“İŞİD-in gözəli” ləqəbli qadın İraqda edam ediləcək - Fotolar

“İŞİD-in gözəli” ləqəbli qadın İraqda edam ediləcək - Fotolar

“İŞİD-in gözəli” ləqəbli qadın İraqda edam edilmək üzrədir

İslaminSesi.info xəbər verir ki, “İŞİD-in gözəli” ləqəbli almaniyalı Linda Lizel cari ilin iyulunda Mosul əməliyyatları zamanı ələ keçmişdi. İraq polisi və məhkəməsi onun İŞİD sıralarında olması və faliyyət göstərməsini təsdiqləyib və bəzi iddialara görə o hətta snayper nişançısı kimi faliyyət göstərib.

 

Almaniyanın İraqdakı konsulluğu həm onun vəziyyəti və həm də onunla birgə ələ keçən 4 almaniyalı İŞİD-çi qadın barədə araşdırmalar aparsa da, İraq məhkəməsi onların muhakiməsinin rəsmən başladığını deyib.

 

İraqda terror qanununa əsasən İŞİD sıralarına qatılan şəxs edam edilməlidir. Bir sıra iraqlı hüquqşünaslar muhakimənin baş tutacağı təqdirdə “İŞİD gözəli”nin edam ediləcəyinin qətliyini deyiblər.

 

Linda Lizel Almaniyanın Pulsnitz şəhərinin sakinidir. O təqribən 3 il öncə internetdə tanış olduğu bir çeçen əsilli İŞİD üzvünə ərə gedib. Daha sonra isə Türkiyədən Suriyaya daha sonra isə İraqa keçib və İŞİD sıralarında faliyyət göstərib. İndi həmin “gözəl”i edam gözləyir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system