NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 77
İŞİD-in əsas müftilərindən biri İraq ordusu tərəfindən məhv edilib

İŞİD-in əsas müftilərindən biri İraq ordusu tərəfindən məhv edilib

İslaminSesi.info TASS-a istinadla xəbər verir ki, İŞİD terror qruplaşmasının müftisi Əbu əl-Mühaciri İraq Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində Rava şəhəri ərazisində öldürülüb.

Əl-Mühaciri və onunla yanaşı iki terrorçu İraq hökümət qoşunlarının Rava şəhərinin mərkəzində İŞİD mövqelərinə endirilən zərbələr nəticəsində məhv ediliblər. İŞİD-in müftisi adlandırılan Mühaciri ərəb ölkələrindən birinin vətəndaşı olub. Bu barədə İraq ordusunun nümayəndəsi bildirib.

 

Məlumata görə, əl-Mühaciri İŞİD-in ən nüfuzlu komandirlərindən biri və qruplaşmanın Rava şəhərindəki fəaliyyətindən cavabdeh idi.

 

Ordu Suriya ilə sərhəd yaxınlığındakı bu şəhərin azad edilmə əməliyyatlarına şənbə günü başlayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system