“İŞİD-in ən təhlükəli qadını” kimyəvi maddələrdən istifadə etdiklərini etiraf edib

Oxundu: 119
“İŞİD-in ən təhlükəli qadını” kimyəvi maddələrdən istifadə etdiklərini etiraf edib

İŞİD qadınları Bağdaddakı partlayışda kimyəvi maddədən istifadə edib.

 

İslaminSesi xarici KİV-lərə istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat və terrorizmlə mübarizə idarəsinin rəisi Əbu Əli əl-Bəsrinin "Əl-Sabah" qəzetinə verdiyi açıqlamasında İŞİD qadınlarının Bağdad ətrafında törətdikləri partlayışlarda kimyəvi maddələrdən istifadə etdiklərini bildirib.

 

Əl-Bəsrinin bildirdiyinə görə kimyəvi silahlar hazırlamasında mütəxəssis olan “İŞİD-in ən təhlükəli qadını” Abrar əl-Kubisi ələ keçib və ona ömürlük həbs cəzası verilib.

 

Əl-Bəsri həmçinin Kubisinin terrorçu təşkilatın sıralarına qoşulmaq üçün sosial media vasitəsi ilə necə aldandığını, fəaliyyətlərini, həmçinin Bağdad və ətraf ərazilərdə kimyəvi partlayıcılardan istifadə etdiyini etiraf edib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system