NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 99
İŞİD daha bir Suriya bölgəsindən təxliyə edilir

İŞİD daha bir Suriya bölgəsindən təxliyə edilir

Ordu ilə İŞİD-in nümayəndələri arasında əldə edilən anlaşmaya əsasən Suriyanın Həma əyalətinin şərqində xüsusilə də Silmiyyə rayonunun şərqində İŞİD təxliyə edilir.

İslaminSesi.info bu barədə muxalifət meyilli “Suriya İnsan Hüquqları Müşahidə Qrupu”na istinadla məlumat verir.

 

Mənbə bildirib ki, anlaşmaya əsasən İŞİD üzvləri Silmiyyənin şərqindəki kənd və qəsəbələrini fərdi silahları ilə birgə tərk edəcək.

 

Təqribən 2 min nəfərin Həmanın şərqindən çıxıb, ən-Nusranın olduğu bölgələrəd gedib. Ordu bu proses üçün kalidor açıb.

 

Suriyanın rəsmi mənbələri bu məlumatı hələ təsdiqləməyib.

 

Bundan öncə Hizbullahla İŞİD arasında əldə edilən razılaşmaya əsasən, 300 terrorçu fərdi silahları ilə birgə əl-Qəlamun yüksəkliyini tərk edib, Dirazzura getmişdilər.

 

Əgər sözügedən anlaşma baş tutarsa Hələb, əyalətindən sonra, Həma əyaləti də İŞİD-dən tam təmizlənmiş olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system